...

Polşa mediasında Nizami Gəncəvi barədə məqalə dərc olunub

12.12.2021

Polşanın https://publicystyka.ngo.pl xəbər portalında “880 il əvvəl Azərbaycan xalqının şairi Nizami Gəncəvi anadan olub” sərlövhəli məqalə yerləşdirilib.

Polşa Azərbaycanlıları Şurası və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə hazırladığı məqalədə qeyd edilib ki, dahi şair və mütəfəkkirin parlaq əsərləri Azərbaycan və dünya ədəbiyyatının misilsiz inciləri xəzinəsinə daxildir.

Qüdrətli söz ustadının Gəncədə yaşadığı, bu qədim şəhərdə yazdığı əsərlərində ədalət, mərhəmət, xeyirxahlıq, məhəbbət, gender bərabərliyi kimi bəşəri dəyərləri vəsf etdiyi vurğulanıb. Şairin xristian ədəbiyyatı ilə bağlı baxışlarını əsərlərində nümayiş etdirdiyinə diqqət cəlb olunub.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://publicystyka.ngo.pl/880-lat-temu-urodzil-sie-azerbejdzanski-narodowy-wieszcz-nizami-ganjavi
https://www.salon24.pl/u/glosazebrejdzanu/1187883,880-lat-temu-urodzil-sie-azerbejdzanski-narodowy-wieszcz-nizami-ganjavi