...

“Azərbaycan Diaspor Könülləri” proqramının bir qrup iştirakçısı təltif edilib

07.12.2021

“Azərbaycan Diaspor Könülləri” proqramının iştirakçıları Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumunda iştirak ediblər.

“Azərbaycan Diaspor Könülləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, Bakı Konqres Mərkəzində keçirilən tədbir zamanı il ərzində 5 nominasiya – dövlət qurumlarında, genişmiqyaslı tədbirlərdə, sosial layihələr, ekoloji aksiyalar və uzunmüddətli könüllülük fəaliyyəti üzrə fərqlənmiş könüllülər təltif edilib.

Təltif olunanlar arasında “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları Günay Allahverdiyeva, İlahə Hüseynova, Məzahim Əzimov və Neymət Ağamalıyev də olub.