...

Amsterdamda “Nizami Gəncəvi – 880” markaları çap edilib

03.12.2021

Niderlandın Amsterdam şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş poçt markası buraxılıb.

Amsterdamda yaşayan diaspor fəalı Səltənət Rəvanqızının təşəbbüsü ilə çap edilən markaların üzərində qüdrətli söz ustadının şəkli təsvir edilib, “Nizami Gəncəvi – 880” və “Azərbaycan şairi Nizami Gəncəvi” yazılıb.

S.Rəvanqızı bildirib ki, "Azərbaycanın inciləri" layihəsi çərçivəsində buraxılan markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib. Bundan öncə layihə çərşivəsində "Xarı bülbül", "Əminə Dilbazi", "Covdət Hacıyev" və digər poçt markaları büraxılıb.