...

Soydaşımız İsveçdə keçiriləcək seçkilərdə iştirak edəcək

22.11.2021

Azərbaycan əsilli isveçli siyasətçi Turan Əliyev 11 sentyabr 2022-ci il tarixində İsveçdə keçiriləcək parlament, region və bələdiyyə seçkilərində iştirak edəcək.

Soydaşımızın namizədliyi İsveç parlamentində 4-cu böyük partiya sayilan Mərkəz Partiyasindan irəli sürülüb. Artıq onun namizədliyi rəsmən qeydə alınıb. “Ümidvaram ki, İsveçdə yaşayan soydaşlarımız seçkilərdə fəal iştirak edəcəklər. Kimə və hansı partiyaya (ifrat millətçi və ektremist partiyalar istisna olmaqla) səs verməyimizdən asılı olmayaraq, seçkidə iştirak etmək yaşadığımız cəmiyyət və bizim bu cəmiyyətdəki gələcəyimiz üçün önəmli və vacibdir”, - deyə T.Əliyev soydaşlarımıza müraciət edib.

Qeyd edək ki, 2005-ci ildən İsveç Krallığında yaşayan soydaşımız 2007-ci ildən diaspor fəaliyyəti ilə məşğuldur. O, sosial-liberal dəyərləri təbliğ edən Mərkəz Partiyasının üzvü olaraq siyasət meydanına 2017-ci ildə qədəm qoyub. 2018-ci ildə keçirilən parlament, region və bələdiyyə seçkilərində iştirak edib və 40 minə yaxın sakini olan Partille şəhər bələdiyyəsinə məclis üzvü seçilib. 2019-cu ildə Partille bələdiyyə məclisinin qərarı ilə Höteborq bölgə məhkəməsinə jüri üzvü, Qərbi Yöteland parlamentinin qərarı ilə regionun qərb bölgəsi üzrə fəaliyyət göstərən səhiyyə komitəsinin üzvü seçilib.