...

İtaliya mediası diasporumuzun “Qələbə üçün sülh” konsertindən bəhs edib

18.11.2021

İtaliyanın https://www.politicamentecorretto.com portalında Vətən müharibəsində qələbənin birinci ildönümü münasibətilə Roma şəhərində Azərbaycan-İtaliya Birliyinin təşkil etdiyi “Qələbə üçün sülh” konserti barədə xəbər yerləşdirilib.

Məlumatda bildirilib ki, “Müqəddəs Pavel” kilsəsində baş tutan konsertə Azərbaycan icmasının üzvləri, İtaliya universitetlərində təhsil alan çoxsaylı azərbaycanlı tələbələr qatılıblar. Tədbir zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun və Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin təbrik müraciətləri oxunub, italyan musiqiçi və müğənniləri Karmela Maffongelli (soprano), Adriano Gentili (tenor) və Massimo di Stefanonun (bariton) ifasında “ən gözəl opera ariyaları” proqramı təqdim edilib, Zəfər Gününə həsr olunmuş fotosərgi nümayiş etdirilib. Məlumatda Azərbaycan-İtaliya Birliyinin prezidenti Fərid Abbasovun Zəfər Günü ilə bağlı fikirlərinə yer verilib.

Xəbəri ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.politicamentecorretto.com/2021/11/13/a-roma-il-concerto-pace-per-la-vittoria-organizzato-dallunione-azerbaigian-italia/