...

Xarkovda "Xarı Bülbül" azərbaycandilli mədəni təhsil mərkəzi fəaliyyətə başlayıb

17.11.2021

Ukraynanın Xarkov şəhərindəki 136 nömrəli məktəbdə "Xarı bülbül" adlı azərbaycandilli mədəni təhsil mərkəzi fəaliyyətə başlayıb.
Mərkəz "Odlar Yurdu" Gənclər Təşkilatı ilə birlikdə Kifayət Cəfərovanın rəhbərlik etdiyi "Aynur Xatun" Qadınlar Cəmiyyətinin nəzdində fəaliyyət göstərəcək.
Məktəbin bütün xərclərini Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov öz üzərinə götürüb.