...

Litva mediası Azərbaycan diasporunun Zəfər Günü münasibətilə keçirdiyi tədbirlərdən yazıb

17.11.2021

Litvanın https://obzor.lt xəbər portalında Klaypeda şəhərində Azərbaycanın Zəfər Gününün təntənəli şəkildə qeyd olunmasından bəhs edən “Klaypedada Azərbaycan mədəniyyəti günləri” və “Baltik dənizi sahilində Azərbaycan melodiyaları” sərlövhəli məlumatlar yerləşdirilib.

Xəbərlərdə bildirilib ki, “Azəris” cəmiyyəti Klaypeda şəhərində Azərbaycan Mədəniyyəti Günlərini gözəl, musiqili, geniş və heyrətamiz tərzdə qeyd edib. Nəzərə çatdırılıb ki, icma üzvlərinin rəngarəng milli geyimlərdə faytonlarda, atlarda və avtomobillərdə təşkil olunmuş bayram yürüşü şəhərin dənizkənarı hissəsini əhatə edib və Litvanın birləşməsi şərəfinə ucaldılmış Arka abidəsi meydanında Azərbaycan incəsənət ustalarının parlaq çıxışı ilə başa çatıb. “Yoldan keçənlər dayanır, bayram tədbirinə heyranlıqla baxır, mobil telefonları ilə çəkirdilər. Maşınlar yavaş-yavaş keçirdi, insanlar hadisəni yaddaşlarına köçürmək istəyirdilər. Bəziləri gördüklərinə heyran qalaraq, hətta nəqliyyatlardan lazım olmayan yerdə enirdilər”, - deyə məqalədə vurğulanıb.

Konsert zalında davam edən bayram tədbirinə şəhərdə yaşayan bütün icmaların nümayəndələrinin qatıldığına, Azərbaycan, Vilnüs, Şyaulyay və Klaypeda sənətçilərinin çıxış etdiyinə diqqət cəlb edilib.

Məqalələri ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

https://obzor.lt/news/n75732.html

https://obzor.lt/news/n75706.html