...

Zəfər Günü Giresunda da qeyd edilib

15.11.2021

Türkiyənin Giresun Universitetində 8 Noyabr - Zəfər Günü münasibətilə Giresun Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə tədbir keçirilib.
Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayan tədbiri açıq elan edən Giresun Azərbaycanlılar Dərnəyinin başqanı Elgün Məmmədov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin hər bir azərbaycanlıda qürur və iftixar hissi doğurduğunu bildirib. Dərnək sədri dərnəyin tədbirlərinin təşkil edilməsində Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyini xüsusilə qeyd edib.
Giresun Universitetinin rektoru Yılmaz Can çıxışında Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, Türkiyə-Azərbaycan dostluğunun sarsılmaz və əbədi olduğunu vurğulayıb.