...

Yunanıstan mediasında Zəfər Günündən bəhs edilib

10.11.2021

Yunanıstanın https://www.karfitsa.gr xəbər portalında 8 Noyabr – Zəfər Günündən bəhs edən “8 noyabr: Dağlıq Qarabağ münasiqəsindən bir il sonra” sərlövhəli məqalə yerləşdirilib.

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşəbbüsü ilə yayımlanan məqalədə böyük qələbə ilə nəticələnən Vətən müharibəsi, Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik tarixə qovuşması, ədalətin zəfər çalması barədə məlumat verilib.

“Azərbaycanın qazandığı hərbi qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi qalib Azərbaycan Ordusu cəmi 44 gün ərzində mümkün olmayanı həyata keçirdi”, - deyə müəllif vurğulayıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.karfitsa.gr/diethni/8-noemvriou-enas-chronos-apo-tin-sygkrousi-tou-nagkorno-karabach/