...

İtaliyada “Zəfər” futbol turniri keçirilib

10.11.2021

İtaliyada 8 Noyabr - Zəfər Günü münasibətilə gənclər arasında “Zəfər” futbol turniri keçirilib.

Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan turnirdə hər biri on nəfərdən ibarət dörd komanda iştirak edib. Komandalarda həmvətənlərimizlə yanaşı, əcnəbilər də təmsil olunub.

“Zəfər” turnirinin oyunları 4-8 noyabr tarixində, finalı isə 8 Noyabr – Zəfər Günündə baş tutub. Finalda Özbəkistanı təmsil edən “Turan” komandası Azərbaycanı təmsil edən “Xarı bülbül” komandası ilə qarşılaşıb. Dostluq ab-havasında keçən final oyunu 4:1 hesabı ilə “Turan” komandasının xeyrinə bitib.

“Zəfər” turnirinin yekununda təşkilatçılar tərəfindən qalib komandaya kubok, medal və sertifikatlar təqdim olunub, xatirə şəkli çəkilib. Sonda qalib komanda “Qarabağ Azərbaycandır!” şüarını səsləndirib.