...

Tallindəki Azərbaycan Evində gənc azərbaycanlı rəssamın sərgisi açılıb

10.11.2021

Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Bayraq Günü münasibətilə azərbaycanlı rəssam Ləman Aslanovanın fərdi sərgisinin açılış mərasimi keçirilib.

Mərasimdə estoniyalı parlamentarlar, Azərbaycan, Türkiyə və Qazaxıstanın Estoniyadakı səfirləri, diplomatik korpusun əməkdaşları, Azərbaycan icmasının, yerli ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Sərgidə rəssamın çəkdiyi əsərlər və fotolar nümayiş etdririlib.

Mərasimdə gənc azərbaycanlı musiqiçilər Nəriman Əmiraslanov, Nigar Süleyman, Tokay Oqtayoğlu və Humay Hacızadənin ifasında klassik əsərlər səsləndirilib.