...

Sidneydə Zəfər Günü ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

09.11.2021

8 Noyabr - Zəfər Günü münasibətilə Avstraliyanın Sidney şəhərində bir sıra tədbirlər həyata keçirilib.

Avstraliya - Azərbaycan Mədəniyyət Assosiasiyasının təşəbbüsü , Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sidney şəhərində xüsusi yük maşınlarının üzərində Zəfər Günü lə bağlı şəkilləri əks etdirən elektron məlumatlandırıcı lövhələr yerləşdirilib. Yük maşınları insanların sıx hərəkət etdiyi küçələr boyunca hərəkət edərək “ Anzac" və “Harbour" körpülərinin yaxınlığından keçib.

Aksiyanın əsas məqsədi Avstraliya ictimaiyyətini 30 ilə yaxın davam edən münaqişənin Azərbaycanın şanlı Qələbəsi ilə bitməsi barədə məlumatlandırmaqdan ibarət olub.