...

Misirdə azərbaycanlı uşaqların iştirakı ilə Zəfər Günü qeyd edilib

07.11.2021

8 Noyabr – Zəfər Günü münasibətilə Misirdə yaşayan azərbaycanlı xanımların və azyaşlı uşaqların iştirakı ilə tədbir təşkil edilib.
Azərbaycan diaspor fəalı Simuzər Allahverdiyevanın təşəbbüsü ilə uşaqlar üçün təşkil olunmuş tədbirdə iştirakçılar üzərində rəmzi məna daşıyan Xarı bülbül nişanının və üçrəngli Azərbaycan bayrağının təsvir olunduğu köynəklər geyiniblər. Uşaqlar həmçinin Azərbaycan və Qarabağ mövzusunda çəkdikləri rəsmləri təqdim ediblər, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər, vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.
Vətəndən uzaqda böyüməkdə olan balaca həmvətənlərimizə Vətən sevgisi aşılamaq məqsədilə təşkil olunan tədbirin sonunda onlara hədiyyələr təqdim edilib.