...

Qardabanidə Zəfər Günü münasibətilə gənclər arasında müsabiqələr keçirilib

06.11.2021

Qardabani Gənclər Mərkəzində 8 Noyabr - Zəfər Günü münasibətilə “Zəfərə doğru addımla” şüarı altında tədbir keçirilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirliklərinin nümayəndələri iştirak ediblər.
Gənclər arasında Azərbaycanın Vətən müharibəsində qazanılmış Zəfərin birinci ildönümünə həsr olunmuş ən yaxşı videoçarx müsabiqəsi, esse müsabiqəsi, gənc jurnalistlər üçün yazı müsabiqəsi və fləşmob keçirilib.
Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, müqəddəs amal uğrunda canlarından keçən igidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaq.
Tədbir çəçivəsində Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun müəllifi olduğu və gürcü dilinə tərcümə edilmiş “ŞUŞA – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” kitabının təqdimat mərasimi də keçirilib.
Tədbirin sonunda müsabiqə iştirakçılarına diplomlar və mükafatlar təqdim edilib.