...

Sidney metrosunda Zəfər Günü ilə bağlı bilbordlar quraşdırılıb

03.11.2021

Avstraliyanın Sidney şəhərinin mərkəzində yerləşən “Central”, “Winyard” və “Town Hall” metro stansiyalarında 8 Noyabr - Zəfər Günü ilə bağlı bilbordlar yerləşdirilib.
Avstraliya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbərinin təşəbbüsü ilə əhalinin daha sıx hərəkət etdiyi üç stansiyada quraşdırılmış bilbordlarda al qırmızı lalələrin fonunda Xarı bülbülün, Şuşa qalasının və Azərbaycan bayrağının təsvirləri, eləcə də “Füsunkar Azərbaycan: Kəşf olunmamışı kəşf et” çağırışı yer alıb.
Bilbordlar şəhər sakinlərinin diqqətini cəlb edib.