...

Almaniya mətbuatında Zəfər Gününə həsr olunmuş konsertdən bəhs edilib

01.11.2021

Almaniyanın “Lippe Aktuell” qəzetində Alman-Azərbaycan Beynəlxalq Musiqi Festivalı çərçivəsində Zəfər Gününə həsr edilmiş sərgi və konsertdən bəhs edən “Odlar Yurdundan” sərlövhəli məqalə dərc edilib.

Məqalədə bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru və fəal diaspor üzvü Xədicə Zeynalovanın qurucusu və bədii rəhbəri olduğu “Bridge of Sound” orkestrinin iştirakı ilə Almaniyanın Detmold, Horn və Bad Meinberg şəhərlərində keçiriləcək konsertlər barədə ətraflı məlumat verilib.