...

Zəfər Tibb Simpoziumunun iştirakçıları Göygöl və Gəncə şəhərlərinə səfər ediblər

30.10.2021

Azərbaycanda ilk dəfə olaraq keçirilən Zəfər Tibb Simpoziumunun iştirakçıları Göygöl və Gəncə şəhərlərinə səfər ediblər.

Simpozium iştirakçıları əsası 1819-cu ildə alman koloniyaçıları tərəfindən qoyulan Göygöl şəhərində Tarix-Diyarşünaslıq Muzeyi, qədim alman izləri, “Müqəddəs İohann kilsəsi” ilə tanış olublar.
Sonra iştirakçılar Gəncə şəhərində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən bombalanmış əraziyə baş çəkib, həlak olan dinc sakinlərin xatirəsini anıblar.

Qeyd edək ki, Zəfər Tibb Simpoziumu Səhiyyə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunub.