...

Dərbənddə general Mustafa Nəsirovun 100 illiyi qeyd edilib

26.10.2021

Dərbənd Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təşəbbüsü ilə Dərbənd şəhərində general Mustafa Nəsirovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə generalın ailə üzvləri, qohumları və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Dərbəndin fəxri vətəndaşı, Azərbaycanın Əməkdar hüquqşünası, Azərbaycan və Zaqafqaziyanın sərhəd və təhlükəsizlik orqanlarında yüksək vəzifələrdə çalışmış generalın həyat və fəaliyyətindən danışıblar.

Qeyd edək ki, general Mustafa Nəsirov 1921-ci ildə Dərbənddə anadan olub. Şəhərin küçələrindən biri general Nəsirovun adını daşıyır.