...

ADDF əməkdaşları Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının Avropa Regional ofisində olub

08.10.2021

Macarıstanın Budapeşt şəhərində səfərdə olan Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının Avropa Regional ofisinin direktor müavini Elxan Rəhimovla görüşüb.
Görüşdə Federasiyanın və Fondun fəaliyyət istiqamətləri, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, xaricdə yaşayan və işləyən azərbaycanlı gənclər, onların karyera imkanları barədə geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, oktyabrın 6-dan başlayan səfərdə nümayəndə heyətinin tərkibinə Azərbaycan Diasporuna Dəstək Fondunun direktor müavini Şahin Camalov, baş mütəxəssis, Avropa ölkələri üzrə kurator Xıdır Kazımov və aparıcı mütəxəssis Maya Qarayeva daxildir.