...

Kiyev şəhərində Anım günü qeyd olunub

29.09.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Ukrayna Azərbaycanlıları Radasının (UAR) təşkilatçılığı ilə Kiyev şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş fotosərginin açılış mərasimi keçirilib.

UAR-ın mərkəzi qərargahında baş tutan tədbir Azərbaycanın Dövlət Himninin ifa edilməsi, Azərbaycan və Ukraynanın ərazi bütövlüyünün bərpa olunması uğrunda həlak olan qəhrəman hərbçilərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə UAR-ın baş katibi Ceyhun Məmmədov, UAR həmtəsisçisi Oleq Krapivin, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, Ukrayna Ali Radasının deputatı, Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr qrupunun rəhbəri Valeri Kolyux, Ukraynanın Etnopolitika və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin sədri Alyona Boqdan, ukraynalı şair və yazıçı Sergey Qrabar çıxış ediblər. Natiqlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun “Dəmir Yumruq” əməliyyatını uğurla həyata keçirdiyini, Azərbaycanın gücünü bütün dünyaya göstərdiyini, Ukraynanın hər zaman Azərbaycanın haqq mübarizəsinin yanında olduğu, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə və möhtəşəm qələbəsinə çox sevindiyini vurğulayıblar.

“Azərbaycan qüdrətli dövlətdir və İlham Əliyev kimi güclü Prezidenti, Ali Baş Komandanı var. Məhz onun uzaqgörənliyi və siyasi bacarığı sayəsində Azərbaycan xalqı və Azərbaycanın dostları “Dəmir yumruq” kimi birləşdi. Bu birliyin gücü ilə torpaqlarımız azad olundu. Bu birliyinin sayəsində artıq “Qarabağ Azərbaycandır!”, - deyə Krapivin nəzərə çatdırıb.

Səfir E.Axundova 44 günlük müharibə zamanı disaporun fəaliyyətinə və görülən işlərə görə UAR həmtəsisçiləri Oleq Krapivinə və Hikmət Cavadova minnətdarlığını bildirib.

Tədbirdə Qarabağ Dirçəliş Fondu tərəfindən ərsəyə gələn, ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın olduğu "Karabakh.Center" layihəsi əsasında erməni işğalçıları tərəfindən törədilən dağıntıların əks olunduğu "Qarabağda Urbisid" adlı fotosərgi nümayiş olunub.

https://karabakh.center/az