...

İtaliyanın tanınmış jurnalisti Anım Günündən yazıb

28.09.2021

İtaliyanın https://fai.informazione.it xəbər portalında Avropa Xəbər Agentliyinin İtaliya üzrə xüsusi müxbiri Karlo Marinonun 27 sentyabr – Anım Gününə həsr olunmuş “Bir il əvvəl Azərbaycanla Ermənistan arasındakı müharibə başa çatdı” sərlövhəli məqaləsi yayımlanıb.

Məqalədə Azərbaycanın Qarabağ bölgəsinin 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalına məruz qaldığı, ötən il 44 günlük müharibənin Azərbaycanın qələbəsi ilə başa çatdığı qeyd edilib. Məqalədə həmçinin Ermənistanın onilliklər ərzində həyata keçirdiyi hərbi, ekoloji və humanitar cinayətlər barədə məlumat verilib.

“Azərbaycan hökuməti 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməyə uyğun olaraq bölgədə davamlı sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün bütün zəruri tədbirləri görür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Müzəffər Ordunun əldə etdiyi qələbə Azərbaycan tarixində yeni bir dövr açıb, beynəlxalq hüququ bərqərar edib və regionun geosiyasətini dəyişib”, - deyə müəllif vurğulayıb.

Məqaləni ətraflı şəkildə aşaıdakı linkdən oxumaq mümkündür:

https://fai.informazione.it/117876FF-837F-45DD-8F9F-C79F5212CDDC/Un-anno-fa-terminava-la-guerra-tra-Azerbaigian-e-Armenia