...

İstanbulda Qafqaz İslam Ordusunun komandanı Nuri Paşa yad edilib

16.09.2021

İstanbul Türkiyə–Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İS-TAD) təşəbbüsü ilə Bakının erməni-bolşevik birləşmələrindən azad edilməsinin 103-cü ildönümü münasibətilə Qafqaz İslam Ordusunun komandanı Nuri Killigil Paşanın Ədirnəqapı Şəhidliyindəki məzarı ziyarət olunub.

Mərasimdə çıxış edən İs-TAD sədri Səfər Qaraqoyunlu “44 günlük mücadilə nəticəsində Azərbaycan torpaqlarını yenidən azadlığa qovuşduran Ali Baş Komandan, hörmətli Prezidentimiz İlham Əliyevə, Azərbaycan Ordusuna, hörmətli Prezidentimiz Rəcəp Tayyib Ərdoğana təşəkkür edirik. Bu dostluq və həmrəylik sonsuza qədər davam edəcək”, - deyə vurğulayıb.

Sonra dərnək sədri Azərbaycanda Nuri Paşanın adının əbədiləşdirilməsi təklifini irəli sürüb. Bakıdakı Türk Şəhidliyində abidənin ucaldılmasının və adının küçələrdən birinə verilməsi xahişilə Azərbaycan hökumətinə müraciət edib.