...

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Tokio Olimpiadasının finalına vəsiqə qazanıb

04.08.2021

Ukraynanı təmsil edən 67 kq-a qədər çəki dərəcəsində mübarizə aparan, azərbaycanlı yunan-roma güləşçisi Pərviz Nəsibov Tokio Olimpiadasının yarımfinal mərhələsində Misiri təmsil edən Mohammed İbrahim Elsayed üzərində qələbə qazanaraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, Kiyev Azərbaycanlıları Konqresində Ukrayna Azərbaycanlıları Radasının həmsədri Oleq Krapivin iştirakı ilə keçirilən görüşdə azərbaycanlı idmançı Pərviz Nəsibova fəxri fərman təqdim edilib və Tokio olimpiadasına yola salınıb.

67 kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz finalda İran idmançısı Mohammadreza Geraei ilə qarşılaşacaq.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq həmyerlimizi təbrik edir, finalda ona parlaq nailiyyət arzu edirik.