...

Soydaşımız Misirin “Nile Tv” kanalının "Breakfast Show" verilişində çixış edib

22.07.2021

Misirdə yaşayan soydaşımız, Azərbaycan Diaspor Gənclərinin bu ölkədəki əlaqələndiricisi Səbinə Səmədova "Nile" dövlət televiziyasının "Breakfast Show" proqramının qonağı olub.
Proqramın "Misir əcnəbinin gözü ilə" rubrikasında çıxış edən diaspor fəalımız azərbaycanlıların özlərini Misirdə yad və yalnız hiss etmədikləri, gənclərimizin yerli yaşıdları ilə ünsiyyət qurduqları, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, adət-ənənələri, milli bayramları, turizm potensialı və s. barədə məlumatları onlarla paylaşdıqları barədə ətraflı məlumat verib. Azərbaycanın dilbər guşəsi Qarabağ bölgəsindən olduğunu vurğulayan Səbinə xanım bildirib ki, "Xarı bülbül"ün əks olunduğu medalyonu üzərində daşıması təsadüfi deyil. Çünki Qarabağ dağlarında bitən "Xarı bülbül" çiçəyi xalqımızın ötənilki qalibiyyətinin rəmzinə çevrilib.
Veriliş zamanı milli geyimimiz, mətbəx nümunələrimiz, Azərbaycan çayı nümayiş etdirilib, ölkəmizin tarixi-mədəni memarlıq abidələrindən və füsunkar məskənlərindən danışılıb.
Sonda soydaşımız xalqımızı və bütün müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.
Müsahibəni aşağıdakı linkdən izləmək mümkündür:
https://youtu.be/Vf1-Tz0Jnr0