Türkiye Hakkında Bilgiler; Türkiye Bayrağı Anlamı, 2020 Nüfusu, Başkenti,  Para Birimi Ve Saat Farkı - Tatil Seyahat Haberleri

Londonda "Qarabağ kuboku" uğrunda futbol turniri təşkil edilib

13.07.2021

Britaniya Azərbaycanlıları Assosiasiyasının (BAA) dəstəyi və həmyerlimiz İlkin Quliyevin təşkilatçılığı ilə London şəhərində "Qarabağ kuboku" uğrunda futbol turniri keçirilib.
BAA-nın sədri Hafiz Baxşəliyev bildirib ki, turnirdə adlarını Azərbaycana və II Qarabağ savaşına həsr edən 7 komanda – "Kaspian", "Qarabağ", "Dəmir yumruq", "Boz qurd", "Old Centlemən", "Bayraqdar", "Mançester Polad" iştirak edib.
Final oyununda "Kaspian" və "Qarabağ" komandaları mübarizə aparıblar. Qarşılaşma "Kaspian" komandasının qələbəsi ilə nəticələnib. Qalibə "Qarabağ kuboku", ilk 3 yeri tutan komandaların oyunçularına isə üzərində "Xarı bülbül" çiçəyinin həkk olunduğu medallar təqdim olunub.