Türkiye Hakkında Bilgiler; Türkiye Bayrağı Anlamı, 2020 Nüfusu, Başkenti,  Para Birimi Ve Saat Farkı - Tatil Seyahat Haberleri

Varşavadakı Azərbaycan Evində dil kursları layihəsi uğurla həyata keçirilir

09.07.2021

Polşa Azərbaycanlıları Şurasının təşəbbüsü və dəstəyi ilə Varşava şəhərində yaşayan soydaşlarımızın yerli ictimaiyyətə sıx inteqrasiya etməsi məqsədilə polyak dili kurslarına start verilib.
Layihənin gerçəkləşdirilməsi zamanı müxtəlif sahələrdə çalışan və təhsil alan həmvətənlərimizin polyak dilini ədəbi səviyyədə öyrənmək və danışıq qabiliyyətlərini təkmilləşdirmək istəkləri nəzərə alınıb.
Varşava şəhərində fəaliyyət göstərən Azərbaycan Evində təşkil edilən kurslarda soydaşımız Ələsgər Məmmədovun iştirakı ilə aparılan polyak dili kursları həmvətənlərimiz tərəfindən böyük rəğbətlə qarşılanıb. Dərslər Polşa qanunvericiliyinə və pandemiya ilə bağlı şərtlərə uyğun şəkildə həyata keçirilir.
Polşa Azərbaycanlıları Şurasının sosial şəbəkə hesabları üzərindən dil kursları ilə bağlı mütəmadi olaraq paylaşımlar edilir.