Türkiye Hakkında Bilgiler; Türkiye Bayrağı Anlamı, 2020 Nüfusu, Başkenti,  Para Birimi Ve Saat Farkı - Tatil Seyahat Haberleri

İsraildəki həmvətənlərimiz Dövlət Komitəsinin kollektivini təbrik edib

05.07.2021

"Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyası yaradılmasının 19-cü ildönümü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
Assosiasiyanın sədri Lev Spivakın Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı təbrik məktubunda bildirilib ki, bu dövlət qurumunun yaradılması xaricdə yaşayan azərbaycanlılar və Azərbaycandan olan bütün həmvətənlərimiz üçün ən əlamətdar və taleyüklü hadisə olub.
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərmanın 5 iyul 2002-ci il tarixində unudulmaz dahi siyasətçi Heydər Əliyev tərəfindən imzalandığını xatırladan assosiasiya sədri qeyd edib ki, həmin gündən Azərbaycandan olan həmvətənlərimiz təkcə Vətənlə əlaqənin bərpa olunmasını deyil, həm də dünyada Azərbaycanla bağlı baş verən bütün hadisələrə aid olduqlarını hiss etdilər.
Komitənin müxtəlif ölkələrdəki azərbaycanlıların dəstəklənməsi, Azərbaycanın milli maraqlarının qorunması və dünya azərbaycanlıları arasında əlaqələrin möhkəmləndirilməsi, onların milli kimliyinin qorunub saxlanılması istiqamətində fəal iş apardığını vurğulayan L.Spivak ürək sözlərini belə ifadə edib: "Hörmətli Fuad Rauf oğlu! Komitənin əziz əməkdaşları! Biz sizin dünya azərbaycanlılarının həmrəyliyi işinə bəxş etdiyiniz töhfələri çox yüksək qiymətləndiririk və Vətənimizin – Azərbaycan Respublikasının rihafı naminə fəaliyyət göstərməyiniz üçün hamınıza cansağlığı və güc arzulayırıq".