Ukraynada Silahlı Qüvvələrimizin şərəfinə Azərbaycan bayrağı səmaya qaldırılıb

29.06.2021

Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporunun təşkilatçılığı ilə Kiyev şəhərində Azərbaycan Silahlı Qüvvələri gününün 103-cü ildönümünə həsr olunmuş maraqlı aksiya keçirilib.
Bu ölkədə yaşayan soydaşlarımızın məktəbli övladları paytaxtın Müstəqillik meydanına toplaşaraq Silahlı Qüvvələrimizin şərəfinə Azərbaycanın dövlət bayrağını dalğalandırıblar. Sonra azərbaycanlı məktəblilər hərbi salam verməklə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizi yad ediblər.
Aksiya müqəddəs üçrəngli bayrağımızın uçuş aparatı (dron) vasitəsilə Kiyev səmasına qaldırılması ilə davam edib. Azərbaycan bayrağı Ukrayna paytaxtının mühüm dövlət binalarının, məşhur tarixi məkanlarının üzərindən keçərək səmada dövr etməklə yerli sakinlərin diqqətini cəlb edib.