Londondakı soydaşlarımız 28 may - Respublika gününə həsr olunmuş tədbir keçirib

01.06.2021

Birləşmiş Krallıqda fəaliyyət göstərən Britaniya Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə London şəhərində 28 may - Respublika gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Britaniya Azərbaycanlıları Assosiasiyasının sədri Hafiz Baxşəliyev, İdarə Heyətinin üzvü Toğrul Bağırov və başqaları çıxış ediblər. Onlar 103 il öncə Azərbaycanın dövlətçilik tarixində baş vermiş bu əzəmətli hadisə münasibətilə xalqımızı və dünya azərbaycanlılarını təbrik ediblər. Bu il Respublika gününün Azərbaycan bayrağının işğaldan azad edilmiş əzəli torpaqlarımızda dalğalanması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması şəraitində qarşılanmasının soydaşlarımızda böyük sevinc hissi doğurduğu vurğulanıb.