Oslodakı soydaşlarımız xalqımızı Respublika günü münasibətilə təbrik ediblər

01.06.2021

Norvecdə fəaliyyət göstərən Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO), Oslodakı Azərbaycan Evinin və Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşəbbüsü ilə Azərbaycan Demokratik Respublikasının 103-cü ildönümünə həsr olunmuş videoçarx hazırlanıb.
Oslo şəhərinin müxtəlif məkanlarında çəkilmiş videoçarxda Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev, Azərbaycan Evinin üzvləri, Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin müəllimi Arzu Rzayeva və şagirdləri xalqımızı 28 may – Respublika günü münasibətilə təbrik ediblər.
Əllərində Azərbaycanın üçrəngli bayraqlarını tutan məktəblilər Həmid Əli, Aida Ramberq, Ənvər Ramberq, Altay Baqeri və digərləri Azərbaycana həsr olunmuş şeirlər səsləndiriblər və birlikdə mahnı ifa ediblər.