Nant şəhərindəki "Qarabağ" məktəbində Respublika günündən danışılıb

31.05.2021

Fransanın Nant şəhərində fəaliyyət göstərən "Qarabağ" həftəsonu məktəbinin növbəti dərsi 28 may – Respublika gününə həsr olunub.
Dərs zamanı şagirdlərə 103 il öncə Azərbaycanın dövlətçilik tarixində baş vermiş əlamətdar hadisə barədə müfəssəl məlumat verilib. 28 may 1918-ci il tarixində Azərbaycan Demokratik Respublikasının yaradılması ilə vətənimizin adının dünyanın demokratik ölkələri tarixinə yazıldığı vurğulanıb. ADR-in təsis etdiyi dövlət rəmzləri, təhsil sahəsində gerçəkləşdirdiyi islahatlar, Bakı Dövlət Universitetinin yaradılması, azərbaycanlı gənclərin xaricdə, o cümlədən Fransada təhsil almağa göndərilməsi kimi faktlar şagirdlərin nəzərinə çatdırılıb.