ABŞ-ın Eagan şəhərində Respublika Gününü əks etdirən bilbord quraşdırılıb

31.05.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Minnesota–Azərbaycan Assosiasiyasının təşkilatçılığı və təşəbbüsü ilə Minnesota ştatının Eagan şəhərində 28 may – Respublika Gününə həsr olunmuş rəqəmsal bilbordlar yerləşdirilib.
Eagan şəhərinin mərkəzi yollarından birinin üzərində yerləşdirilən rəqəmsal bilbordlarda Şərdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi haqqında məlumatlar yer alıb və ölkəmizin üçrəngli dövlət bayrağı əks olunub.
Məlumatlandırıcı bilbordlar iki həftə ərzində nümayiş etdiriləcək.