Azərbaycan könüllüləri üçün “Vikipedia” təlimlərinə start verilib

27.05.2021

“Azərbaycan Diaspor Könüllüləri" proqramının təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə könüllülərin informasiya cəbhəsindəki rolunu artırmaq, eləcə də gənclərə internet resurslarından düzgün istifadə bacarığının aşılanması məqsədilə “Vikipedia” təlimlərinə start verilib.
“Qorqud” Vikipediya Metodik Klubunun təlimçiləri tərəfindən keçirilən təlimlərdə iştirak edən könüllülərə ölkəmizdə “Vikipediya” hərəkatına dəstək və töhfə verilməsi, vikiensiklopediyada müxtəlif dillərdə Azərbaycan həqiqətlərinin, eləcə də milli-mədəni irsimiz, tariximiz və s. haqqında məqalələr yerləşdirilməsi istiqamətində təlimlər keçirilir.
İki həftədən çoxdur ki, davam edən təlimlər çərçivəsində könüllülər tərəfindən dünyanın ən çox istifadə olunan virtual ensiklopediyası “Vikipedia”nın həm Azərbaycan, həm də xarici dil bölmələrində tarixi həqiqətlərimiz haqqında bir sıra məqalələr yerləşdirilib.
Layihənin növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulub.