Azərbaycan diasporuna ağır itki üz verib

18.05.2021

Dərin kədər hissi ilə bildiririk ki, Azərbaycan diasporuna ağır itki üz verib. Uzun illər Almaniyada “Berlin Azərbaycan Evi” təşkilatının sədri, Avropa Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü olmuş Tofiq Qarayev vəfat edib.
Tofiq Qarayev Azərbaycan üçün hər zaman yüksək əzmlə çalışıb. Vətənini sevən, torpağına bağlı olan mərhum soydaşımız xaricdə milli maraqlarımızı daim layiqincə təmsil edib. Almaniyada və Avropanın digər ölkələrində soydaşlarımızın təşkilatlanmasında, Azərbaycan diasporunun inkişafı, həqiqətlərin təbliği və milli maraqlarımızın müdafiəsi məqsədilə çoxsaylı tədbirlərin təşkilində Tofiq Qarayevin xüsusi xidmətləri var.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi adından mərhum T.Qarayevin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, doğmalarına Allahdan səbr diləyirik.
Allah rəhmət eləsin!