Müharibə sonrası stress pozuntularının aradan qaldırılmasına dair vebinar keçirilib

17.05.2021

Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, psixoterapiya və qida terapiya mütəxəssisi İlkanə Yusifovanın və Tovuz Gənclər Evinin birgə təşəbbüsü ilə "Posttravmatik stress pozuntusu" mövzusunda vebinar təşkil edilib.
Tədbirdə müxtəlif reablitasiya mərkəzlərində çalişan psixoloqlar, İsmayılı rayonundakı Ailə və Uşaq Mərkəzinin əməkdaşları, sosial işçilər, qazilər və başqaları iştirak ediblər.
Travmaların çözülməsi üzrə ixtisaslaşdığını bildirən İ.Yusifova qeyd edib ki, pasientlərə müharibə sonrası travmaların, hazırda isə pandemiya dönəmindəki qorxuların da aradan qaldırılmasında yardım edir. II Qarabağ müharibəsindən sonra xalqımıza torpaqların azad edilməsi sevincini yaşadan igidlərimizə və onların ailə üzvlərinə bu sahədə necə dəstək göstərilə biləcəyinə, son aylarda bununla bağlı maarifləndirmə layihəsinə başladığına diqqəti cəlb edib.
Hazırda Amerikada yaşayan soydaşımız Aytekin Hüseynli də tədbirdə çıxış edərək mülki həyatda zorakılıqla üzləşmiş insanların psixoloji durumlarından danışıb, bu sahədə Amerika təcrübəsini bölüşüb.
Vebinarı daha ətraflı şəkildə aşağıdakı linkdən izləmək mümkündür:
https://business.facebook.com/QaziVeSehidAilelerinePsixososialDestek/videos/2233177436812775/