Soydaşlarımız Xarkovdakı anım mərasimində iştirak ediblər

14.05.2021

Ukraynanın Xarkov şəhərində II Dünya müharibəsində həlak olanların xatirəsinin yad edilməsi məqsədilə izdihamlı anım mərasimi keçirilib.
Ukrayna–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov bildirib ki, mərasimdə müharibə və partizan hərəkatının veteranları, hərbçilər, şəhər bələdiyyəsinin, ruhani idarəsinin, diplomatik korpusun, ictimai təşkilatların nümayəndələri ilə yanaşı Azərbaycan diasporunun üzvləri də iştirak ediblər.
Mərasim iştirakçıları II Dünya müharibəsi qəhrəmanlarınının şərəfinə ucaldılmış Şöhrət abidəsinin önünə gül dəstələri düzüblər. Tədbir müharibə qurbanlarının ruhuna duaların oxunması ilə yekunlaşıb.