Monteneqro və Bosniya mediasında Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edilib

12.05.2021

Monteneqronun və Bosniyanın xəbər portallarında Azərbaycanın dahi siyasətçisi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş silsilə məqalələr yayımlanıb.
Azərbaycan–Monteneqro İqtisadi və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dərc olunan məqalələrdə ölkəmizin inkişaf etməsi uğrunda yorulmadan mübarizə aparmış Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünün xalqımız tərəfindən böyük hörmət və ehtiramla qeyd edildiyi vurğulanıb. Parlaq və tarixi şəxsiyyət olan Heydər Əliyevin xalqımızın tələbi ilə vətənimizin ən çətin və taleyüklü dönəmində hakimiyyətə gəldiyi, ölkəmizi bir çox bəlalardan qurtararaq, onun dövlət müstəqilliyinin dönməzliyini təmin etdiyi, Azərbaycanın inkişafı naminə misilsiz xidmətlər göstərdiyi nəzərə çatdırılıb.

Məqalələri daha ətraflı aşağıdakı linkləndən oxumaq mümkündür:
https://www.portalanalitika.me/clanak/veliki-lider-hejdar-alije
http://crnogorskiportal.me/sadrzaj/4892
https://www.aktuelno.me/svijet/veliki-lideri-hejdar-alijev-uz-98-godisnjicu-rodjenja