Küveyt mediasında Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edilib

10.05.2021

"Vətənsevər" Azərbaycan–Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadənin təşəbbüsü ilə Küveytin https://bobiannews.net xəbərlər portalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş məqalə dərc edilib.
Portalın əməkdaşı Adil Əl-Əzminin qələmə aldığı məqalədə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib, müstəqil Azərbaycanın dövlət quruculuğundakı böyük xidmətlərindən söz açılıb.
Müəllif bildirib ki, Heydər Əliyevin həyatını araşdırarkən, onun beynəlxalq siyasətə bəxş etdiyi töhfələrə də şahid olub. "Bu töhfələrdən biri Fars körfəzində müharibədən sonra Küveytdəki neft buruqlarında yanğınların söndürülməsi ilə bağlıdır".
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://bobiannews.net/