Azərbaycanlı diaspor fəalı İordaniya televiziyasının "Roya" kanalına müsahibə verib

30.04.2021

İordaniya televiziyasının "Roya" kanalında "Donya ya donya" verilişində Azərbaycan, Əfqanıstan, Qazaxıstan və İran xalqlarının qədim Novruz bayramı ənənələrinə həsr olunmuş veriliş yayımlanıb.
Azərbaycan diasporunun İordaniyadakı fəalı Səbinə Namazova ölkəmizdə keçirilən Novruz bayramı, onun ritualları, adət-ənənələri və rəmzləri haqqında ətraflı müsahibə verib. Bildirib ki, bu bayram Azərbaycanda hər il təntənəli və kütləvi şəkildə qeyd edilir. Novruz bayramının Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə keçirildiyi və Yeni ilin başlanğıcı kimi qarşılandığı nəzərə çatdırılıb.
Qeyd edib ki, bu il keçirilən Novruz bayramı Azərbaycan xalqı üçün xüsusilə yaddaqalan olub. Çünki Azərbaycan Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə erməni işğalından azad olumuş qədim Şuşa şəhərinin Cıdır düzündə Bayram tonqalını alovlandırıb və Novruz bayramı münasibətilə xalqımızı təbrik edib.
Verilişdə Azərbaycanla yanaşı, Qazaxıstan, Əfqanıstan, İran və digər ölkələrin nümayəndələri də Novruz bayramı ilə bağlı müsahibələr veriblər.
Verilişi daha ətraflı şəkildə aşağıdakı linkdən izləmək mümkündür:
https://fb.watch/5aftwHL4eK/