Kanadada qondarma “erməni soyqırımı” yalanları haqqında ingilis dilində videomaterial hazırlanıb

24.04.2021

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə ingilis dilində qondarma “erməni soyqırımı” yalanlarından bəhs edən videomaterial hazırlanıb.
Kanadada yayımlanan "EL TV" telekanalı tərəfindən lentə alınan məlumat xarakterli videomaterialda qondarma “erməni soyqırımı” ilə bağlı əsl həqiqətlər öz əksini tapıb. Videomaterialda uydurma soyqırımı yalanlarının bitərəf müəlliflərin dilindən gətirilən faktlarla ifşası, eləcə də ermənilərin türklərə qarşı törətdiyi qırğınlar haqqında ətraflı məlumatlar yer alıb.

Videomaterialı bu linkdən izləmək mümkündür:

https://www.facebook.com/WeprayforAzerbaijan/videos/10225660407285282/