Xarici mətbuatda azərbaycanlı jurnalistin münaqişələrdən bəhs edən məqaləsi dərc edilib

09.04.2021

44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ məsələsinin örnək həllinə və postsovet məkanındakı dondurulmuş münaqişələrə həsr edilmiş məqalə ABŞ, Almaniya, Ukrayna və Moldova mətbuatında dərc olunub. Azərbaycanlı jurnalist Mübariz Aslanovun müəllifliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap edilmiş məqalələr oxuculara müxtəlif dillərdə təqdim edilib.
Məqalədə dondurulmuş münaqişələr fonunda Qarabağ düyünün açılması, uzun müddətdir həllini tapmayan bu məsələlərin kökünün XVIII-XIX əsrlərdə qoyulduğu, lakin tarixin səhnəsini birdəfəlik tərk edən bir sıra dövlətlərin XIX əsrdən iri güclərin mübarizə meydanına çevrilməsinə rəğmən yüz illərin əsarətinin xalqların dövlətçilik ənənələrini məhv edə bilmədiyi nəzərə çatdırlıb.
Müəllif tarixi faktlara istinadən qeyd edib ki, çar Rusiyası tərəfindən ermənilərin Azərbaycanın qədim və əzəli torpaqlarına köçürülməsi xalqlar arasında nifaqın təməlini qoyub. Bildirib ki, ermənilərin Qarabağa köçürülmələri münasibətilə ucaltdıqları "Marağa – 150" abidəsi hər şeyi çılpaqlığı ilə göstərir. Çünki XIX əsrin əvvəllərindən başlayaraq İran və Türkiyədən on minlərlə erməni Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə köçürülüb ki, 1828-ci il fevralın 10-da Rusiya və İran arasında imzalanan Türkmənçay müqaviləsinin 15-ci maddəsi də bundan xəbər verir.

Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://sudkaukasus.de/eingefrorene-konflikte-im-postsowjetischen-raum-der-geschmolzene-bergkarabach-konflikt/
https://republic-underground.com/frozen-conflicts-in-the-post-soviet-area-melting-ice-of-the-karabakh-conflict/
https://rupor.com.ua/news/zamorozhenn-e-konflykt-na-postsovetskom-prostranstve-taiushchyy-led-karabakhskoho-konflykta/
https://ava.md/2021/04/02/zamorozhennye-konflikty-na-postsovetskom/