Diaspor FM-də “Hesabat vaxtı” adlı yeni layihəyə start verilib

06.04.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin Diaspor FM onlayn radiosunda “Hesabat vaxtı” adlı yeni layihəyə start verilib. Layihənin məqsədi Azərbaycan diasporunun və Dövlət Komitəsinin fəaliyyəti haqqında məlumatların daha geniş auditoriyaya çatdırılması, konkret istiqamətlər üzrə görülən işlərin işıqlandırılması, eləcə də təbliğat, informasiya və maarifləndirmə işinə töhfə verməkdir. Layihə çərçivəsində Komitənin struktur rəhbərləri görülən işlərlə bağlı, kurasiyalarında olan ərazilər üzrə Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı informasiyaları bölüşür, diaspor nümayəndələri tərəfindən ünvanlanmış suallara aydınlıq gətirilir, Azərbaycan diasporu haqqında mövcud məlumatlar ictimaiyyətə təqdim edilir və perspektiv imkanlar barədə məlumat verilir.

Xatırladaq ki, Diaspor FM-də "Dünyadakı səsimiz", “Xəbərlər”, “Bələdçi” və s. rublikalar fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsinin radiosunu həm veb üzərindən - www.diaspor.fm saytı vasitəsilə, həm də mobil tətbiqlərdən (App Store və Google Play) 24 saat onlayn rejimdə dinləmək mümkündür.

iPhone App: https://itunes.apple.com/app/id1450388157?ls=1&mt=8
Android App: https://play.google.com/store/apps/details?id=com.radio.m62b8801c1