Köln şəhərində "Xocalıya ədalət!" tələbi ilə aksiya keçirilib

03.03.2021

Alman-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Köln şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş etiraz aksiyası keçirilib.
Köln kafedral kilsəsinin (Kölner Dom) qarşısındakı Römerbogen meydanında baş tutan aksiya "Xocalıya ədalət!" tələbi ilə gerçəkləşdirilib. Pandemiya məhdudiyyətləri səbəbindən 20 nəfər həmvətənimizin iştirak etdiyi aksiyada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib. Alman ictimaiyyətinin və Köln kafedral kilsəsini ziyarət edən turistlərin diqqəti 29 il öncə erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri soyqırıma cəlb edilib. Yerli sakinlərə və turistlərə Xocalı faciəsi barədə məlumatların və fotoşəkillərin əks olunduğu broşürlər paylanıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin həmtəsisçisi Altay Rüstəmli bildirib ki, aksiyanın əsas məqsədi Xocalı soyqırımıı dünyaya tanitmaq və beynəlxalq səviyyədə faciənin soyqırımı aktı kimi qəbul edilməsinə nail olmaqdır.