İzmirdə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

27.02.2021

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Türkiyənin İzmir vilayətinin Bornova rayonunda yerləşən Azərbaycan Dostluq Parkında anım mərasimi keçirilib.
Mərasimdə Bornova rayon bələdiyyəsinin sədri və rayonun icra başçısı, bornovalılar və azərbaycanlılar iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib, hər iki qardaş ölkə şəhidlərinin xatirəsi ehtiramla anılıb. Parkda yerləşən Xocalı soyqırımı abidəsinin önünə güllər düzülüb.
Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Mülazim Pahsa və digərləri çıxışlarında Xocalı soyqırımının dəhşətlərindən danışıblar. Qeyd olunub ki, onilliklər boyu xalqlarımıza qarşı düşmənçilik edən ermənilər hər fürsətdə günahsız insanlara qarşı soyqırımı həyata keçiriblər. Mərasimdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq şüarları səsləndirilib.