ABŞ-ın Minneapolis şəhərində "Xocalıya ədalət!" tələbi ilə lövhə quraşdırılıb

25.02.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Minnesota-Azərbaycan Cəmiyyətinin rəhbəri Günel Rallisin təşkilatçılığı ilə Minnesota ştatının Minneapolis şəhərində "Xocalıya ədalət!" tələbinin yazıldığı lövhə yerləşdirilib.
Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində şəhərin mərkəzi avtomobil magistralında yerləşdirilən lövhədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalının dinc əhalisinə qarşı törədilən soyqırımı barədə şəkillər və məlumatlar əks olunub. Məlumatlarda 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakininin qətlə yetirildiyinə diqqət cəlb edilib.
Əlavə məlumat almaq istəyənlər üçün http://www.justiceforkhojaly.com/ saytına müraciət etmək tövsiyə olunub.
Lövhənin bir ay müddətində nümayiş olunması nəzərdə tutulub.