Strasburqda çap olunan kitab dünyanın nüfuzlu satış platformalarında

16.02.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə azərbaycanlı müəllif Nadir Adilmanın (Nadir Adilov) ''O gələcək?'' adlı kitabı fransız dilində çap edilib. Strasburqda fəaliyyət göstərən "Kəpəz" nəşriyyatı tərəfindən nəşr edilən kitab Fransa, İsveçrə, Belçika və Lüksemburqun kitab mağazalarında, eləcə də bütün "Amazon" şəbəkələrində satılmaqdadır. Azərbaycanlı müəllifin kitabının bu cür genişmiqyasda satışa çıxarılması ilk dəfədir.

Ölkəmizin multikultural dəyərlərindən, müxtəlif millətlərin nümayəndlərinin Azərbaycanda sülh şəraitində yaşamasından bəhs edən ''O gələcək?'' adlı kitabda, həm də xalqımızın zəngin mənəvi-əxlaqi dəyərlərinə də ətraflı yer verilir. Kitabın genişmiqyaslı yayılması ölkəmizin təbliği və tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Kitabların satış linklərindən bəzilərini təqdim edirik:

1. https://www.librel.be/listeliv.php?base=allbooks&mots_recherche=kapaz&fbclid=IwAR24NvdRl1V2-Grd0oCrKnKdWQtTNFKjG7RmqmtFksuGb1csnToS2FlQhV8
2.https://www.ernster.com/result?bpmquery=V%3A%22kapaz%22&fbclid=IwAR0xuRRmjoyLVqtYaq9KBMy8zo3h1nvwule-0lDhO1P-v7eB0N8XRXl7_K0
3. https://www.payot.ch/Dynamics/Result?acs=a2FwYXo%3D&c=0&rawSearch=kapaz&fbclid=IwAR3zTh8VhkjvAEyqeCWUsg3sY9rhek1XNJGzufrZOqFemy_POyvsAFdCG6M
4. https://www.amazon.fr/Est-ce-qu-elle-viendra-Nadir-ADILMAN/dp/2492157040
5. https://www.decitre.fr/livre-pod/est-ce-qu-elle-viendra-9782492157042.html
6. https://www.amazon.de/Est-ce-qu-elle-viendra-Nadir-Adilman/dp/2492157040
7. https://www.amazon.se/Est-ce-qu-elle-viendra-Nadir-ADILMAN/dp/2492157040
8. https://www.amazon.it/Est-ce-quelle-viendra-Nadir-Adilman/dp/2492157040
9. https://www.amazon.es/Est-Ce-Elle-Viendra-Adilman-Nadir/dp/2492157040

Xatırladaq ki, "Kəpəz" nəşriyyatı, əsasən, azərbaycanlı və mərkəzi asiyalı yazarların əsərlərini fransız dilində nəşr edir. Nəşr olunan kitablar arasında Azərbaycan yazıçıları Şərif Ağayarın "Arzulardan sonrakı şəhər", Reyhan Həsənovanın "Göydən üç alma düşdü", Mübariz Örənin "Sodomor" və Süleyman Sani Axundovun ''Qaraca Qız'' kitabları da var.