Moskvada 20 Yanvar şəhidləri yad edilib

22.01.2021

Moskvada yaşayan azərbaycanlı icması Azərbaycanın Rusiyadakı səfirliyinə gələrək 20 Yanvar faciəsinin qurbanlarını yad edib.

20 Yanvar şəhidlərinin xatirəsini yad edənlər arasında Rusiyadakı Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin, Rusiyadakı Azərbaycan Gənclər Birliyinin təmsilçiləri olub.

Soydaşlarımız səfirliyin önündəki 20 Yanvar şəhidlərinin memorial lövhəsinin önünə əklil qoyub, tər çiçəklər düzüblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.