Hyuston şəhərinin əsas magistralında “Qarabağ Azərbaycandır” şüarı asılıb

09.12.2020

ABŞ-ın Texas ştatının Hyuston şəhərində "Qarabağ Azərbaycandır!" şüarı yazılmış lövhələr quraşdırılıb.

Hyuston–Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundovanın təşəbbüsü ilə quraşdırılmış lövhələr xalqımızın 8 noyabr – Zəfər Gününə həsr olunub.

Hyuston şəhərinin əsas avtomagistralının kənarında yerləşdirilən lövhələrdə Qarabağ atları və Azərbaycanın xəritəsi təsvir edilib, Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr göstərilib.

Lövhənin 1 ay müddətində nümayiş olunması nəzərdə tutulub.