İsraildə şəhidlərimizin və terror qurbanlarının xatirəsi yad edilib

11.11.2020

İsraildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən şəhidlərimizin, eləcə də Gəncə və Bərdə terrorunda həlak olanların əziz xatirəsi yad edilib.

Təl-Əviv şəhərində “Dağ yəhudiləri”nin sinaqoqunda ravvin Rabbi Şmuel Simantovun rəhbərliyi ilə təşkil edilən anım mərasimində şəhidlərimizin ruhuna dualar edilib. Sinaqoqda bir araya gələn yəhudi həmvətənlərimiz əsgərlərimizin tezliklə sağ-salamat evlərinə geri dönməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün dualar ediblər.