Çikaqonun məkrəzində Azərbaycanın Dövlət Bayrağı qaldırılıb

11.11.2020

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Qarabağın incisi Şuşa şəhərinin işğaldan azad edilməsi münasibəti ilə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin mərkəzində “Daley Centre”-in önündə Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız qaldırılıb.

Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşəbbüsü ilə təşkil olunan aksiyada Azərbaycan icmasının nümayəndələri “KarabakhisAzerbaijan!” şüarını və BMT Təhlükəsizlik Şurasının qətnamələrini əks etdirən plakat nümayiş etdiriblər.